Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət etdi

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət etdi
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını "[email protected]" elektron poçt ünvanına göndərməlidirlər.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə 7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir. 18 yaşını tamamlamış, aktiv seçki hüququna...