"Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik"

Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik.

Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Şimali Kiprin prezidenti Ersin Tatar, Kipr türklərinin təqdimatı günü tədbirində iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl Lefkoşa Ercan Hava Limanında keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Azərbaycana ilk gedişimizdir və iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi bizim üçün olduqca vacibdir. Şimali Kipr olaraq dünya ilə əlaqələrimizdə Rumların maneələri ilə qarşılaşırıq. Azərbaycanla əlaqələrimizi hər sahədə - təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində inkişaf etdirəcəyik. Biz Şimali Kipr bayrağını Azərbaycanda dalğalandıracağıq",- deyə prezident bildirib.

Ersin Tatar, aralarında iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələri və investorların da olduğu 200 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini qeyd edib və səfərlərinin faydalı olmasını arzulayıb.