Azərbaycanla matçı buraxacaq

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Dembelenin durumu ciddidir.

Azərbaycanla matçı buraxacaq
DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Dembelenin durumu ciddidir.

meqale.com xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq.

PSJ-nin daha bir futbolçusu, Deziro Due də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.