“Azərbaycanla sülh yalnız bu halda mümkün ola bilər”
İrəvanla Bakı arasında sülh 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi şərti ilə baş verə bilər.
meqale.com oxuya istinadən xəbər verir ki, bu şərti Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan macar həmkarı Peter Siyartonun da iştirak etdiyi mətbuat konfransında çıxışı zamanı söyləyib.
Erməni diplomat vurğulayıb ki, uzunmüddətli sülh üçün regiona aid olan bütün dövlətlər təsirli addımlar atmalı, eləcə də maksimalist iddialardan imtina etməli olacaqlar.