Azərbaycanlı futbolçunun klubu avrokuboklarla vidalaşdı

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Azərbaycanlı futbolçunun klubu avrokuboklarla vidalaşdı
UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

meqale.com xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" (Albaniya) öz meydanında İslandiya təmsilçisi "Vikinqur"u qəbul edib. 

İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan "Eqnatiya" öz meydanında uduzub - 0:2. Bununla da həmyerlimizin klubu UEFA Konfrans Liqası ilə vidalaşıb. 

Z.Əliyev bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan müdafiəçi 46-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana daxil olub.