Azərbaycanlı idmançı dünya çempionu oldu
Azərbaycanlı üzgüçü Nüsrət Allahverdi dünya çempionu olub.
meqale.com xəbər verir ki, 18 yaşlı idmançı Rumıniyada gənclər arasında keçirilən mundialda Türkiyə millisinin heyətinə qızıl medal qazandırıb.
O, 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 26,98 saniyə ilə finişə hamıdan tez çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.