Azərbaycanlı kursant döyüşdə yaralandı - FOTO
Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı İbrahim İsmət oğlu Paşayev Rusiya ordusu ilə döyüşlərdə yaralanıb.
meqale.com Report-a istinadən xəbər verir ki, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş.
Müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı, həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır.