Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.

Azərbaycanlı sahibkarları
Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.

meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, deputat-general Andrey Qurulev Rusiyanın Azərbaycan mallarının idxalına qadağan qoya biləcəyini deyib.

O, eyni zamanda qeyd edib ki, Moskva bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər.

"Xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər", - o əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları Vladimir Sоlovyov və Yuri Podolyak tərəfindən səsləndirilib.