Azərbaycanlılar İrəvanı bu cür ələ keçirəcək - İşxanyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi "sülhün kəsişməsi" layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.

Azərbaycanlılar İrəvanı bu cür ələ keçirəcək - İşxanyan
Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi "sülhün kəsişməsi" layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.

meqale.com Publika.az-a istinadən xəbər verir ki, Paşinyan bununla Zəngəzurdan dəhliz verməyin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaq istəyir.

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100% Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.

"Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100% dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək", - İşxanyan iddia edib.

Erməni ekspert Karen İgidyan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.