"Azəriqaz": Ödəniş sisteminin fəaliyyəti dayandırılacaq!
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə meqale.com-a birlikdən məlumat verilib.
Qeyd olunub ki, buna səbəb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsinin planlaşdırılmasıdır.