Bacısının qətlinə görə tutulan şəxsin FOTOsu
Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır.
WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.