"Bakı ilə bu müddətdə reqlament layihəsini hazırlayacağıq"
Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentində hökumət saatında baş nazirin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən danışarkən deyib.
"Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra sənəd məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq çox güman ki, qanun layihəsi şəklində yayılacaq", - o deyib.
Mülki Müqavilə Partiyasından olan deputat Sergey Baqratyanın demarkasiya və delimitasiya prosesi ilə bağlı sualı cavablandıran Qriqoryan deyib: