Bakı küçəsində faciə
Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
meqale.com APA-ya istinadən bildirir ki, piyadanın vurulması ilə nəticələnən yol qəzası Günəşli qəsəbəsində qeydə alınıb.
Mehmandarov küçəsində yolu keçən 1947-ci il təvəllüdlü Mariya İzətulla qızı Rüstəmovanı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə qəbul edilib.