Bakı-Quba yolunda yük avtomobili piyadanı vuraraq öldürüb
Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən verir ki, hadisə yolun 60-cı km-də qeydə alınıb.
Belə ki, yük avtomobili yolu keçmək istəyən 1943-cü il təvəllüdlü Eldar Alı oğlu Pirəliyevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.