Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.
Bu barədə meqale.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, yaxın günlərdə isə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.