Bakı və İrəvan: Kremlə kim düşməndir? - Fenenko
Rusiyanın müttəfiqi Ermənistan Kremlin Cənubi Qafqaz siyasətinin əsas düşməninə çevrilir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
"Azərbaycan isə əksinə, konstruktiv, şəffaf tərəfdaşdır. İrəvan getdikcə daha çox antirusiya siyasəti yeridir. Bütün bunların fonunda Paşinyan bu il Vaşinqtonda və ya Parisdə məsləhət görülsə, diplomatik yardım göstərilsə, Ermənistanın KTMT-dən təcili çıxması ilə bağlı qərar verə bilər. Azərbaycan Qərblə flört etmir. Və son vaxtlar Qərb yenidən Bakını nümayişkaranə şəkildə tənqid etməyə başlayıb.
Birincisi, bu yolla ABŞ və AB Ermənistana "konfet" vermək istəyir: deyirlər ki, bizimlə ol, KTMT-dən çıx, biz səni bəlada qoymayacağıq. Düzdür, 2020-ci ilin və İkinci Qarabağ müharibəsinin təcrübəsi belə vədlərin əvəzinin nə olduğunu göstərdi. Heç kim Ermənistan naminə nə Azərbaycanla vuruşacaq, nə də Türkiyə ilə. Ermənistan üçün heç kim Rusiyanı əvəz etməyəcək.