Bakıda 15 minə evlər satılır - Şərtlər açıqlandı

Son vaxtlar Bakıətrafı qəsəbələrdə sifarişlə ev tikintisi ilə məşğul olan şirkətlər kəskin artıb. Bu cür şirkətlər müştərilərin istəyinə uyğun olaraq, müxtəlif ölçülərdə və quruluşlarda fərdi yaşayış evlərin tikintisini həyata keçirir. Sosial şəbəkələrdə və elan saytlarında dərc edilən reklamlar vasitəsi ilə xidmətlərini təklif edən belə şirkətlərə maraq isə olduqca böyükdür.

meqale.com xəbər verir ki, Yenisabah.az Hövsan qəsəbəsində sözügedən qaydada evlər hazırlayan şirkətlərin biri ilə əlaqə saxlayaraq mövzunu araşdırıb.

Şirkət nümayəndəsi bildirib ki, ilkin ödənişin məbləği müştərinin sifarişi və tikiləcək evin sahəsinə görə müəyyən edilir:

"İlkin ödəniş minimum 15 min 500 manat məbləğində nəzərdə tutulur. Bu evlər müştərilərin sifarişi əsasında tikilir. Evin tikiləcəyi torpaq da bu qiymətin içərisindədir. 2 otaqlı ev üçün ümumi qiymət 48 min manatdır. İlkin ödəniş 15 min 500 manat olmaqla, yerdə qalan məbləğ 40 aya bölünür.