Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edildi - SİYAHI

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.

meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Həmin küçə və prospektlər aşağıdakılardır:

1. Rəşid Behbudov küçəsi; 2. Mikayıl Müşfiq küçəsi; 3. 28 May küçəsi; 4. Yusif Səfərov küçəsi; 5. Məhəmməd Füzuli küçəsi; 6. Həsən bəy Zərdabi küçəsi; 7. Səməd Vurğun küçəsi; 8. Həsənoğlu küçəsi; 9. Ceyhun Hacıbəyli küçəsi; 10. Akademik Həsən Əliyev küçəsi; 11. Əhməd bəy Ağaoğlu küçəsi; 12. Abbasqulu ağa Bakıxanov küçəsi; 13. Şah İsmayıl Xətai prospekti; 14. Mətbuat prospekti; 14. İnşaatçılar prospekti; 16. Fətəli xan Xoyski prospekti; 17. Atatürk prospekti; 18. Azadlıq prospekti; 19. Qara Qarayev prospekti; 20. 8 Noyabr prospekti.