Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

meqale.com APA-ya istinadən bildirir ki, qəza İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü yüksək surətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə avtomobil hərəkətdə olan digər 2 avtomobilə çırpılıb. Qəza zamaı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Qəza səbəbindən prospektdə hərəkət məhdudlaşdırılıb. Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Avtoqəzanın səbəbləri araşdırılır.