"Bakıda 30 ildir hələ belə şey görməmişdik" - VİDEO
Bakıda daha bir ünvanda binaların həyətlərində qurdlar yayılıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektinin sakinləri deyirlər ki, vəziyyət o həddə çatıb ki, qurdlar artıq evlərə dolur.
Bu həyətdə bəzi ağacların sadəcə budaqları qalıb. Elə bizim də ayaq basdığımız hər yer bu həşəratlarla doludur:
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ərazi tərəfimizdən nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib.
Yaxın günlərdə dezinfeksiya işləri aparılacaq.