Bakıda 32 m/s-dək külək - Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı

Oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

Bakıda 32 m/s-dək külək - Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı
Oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.