Bakıda 34 yaşlı qadın zəhərlənib öldü
Bakıda qidadan zəhərlənən qadın yaşadığı evdə ölüb.
meqale.com xəbər verir ki, Binəqədi qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Vüsalə Sadıqova evdə vəfat edib.
Onun qəbul etdiyi qidanın təsirindən zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.