Bakıda 35 yaşlı kişi evində döyüldü

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Bakıda 35 yaşlı kişi evində döyüldü
Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Emil Elmar oğlu Yusubov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə E.Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.