Bakıda avtobus taksi ilə toqquşub: Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bakıda avtobus taksi ilə toqquşub: Xəsarət alanlar var
Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Abbasova Məlahət Əmir qızı və Abbaslı İsmayıl Badir oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.