Bölgələrin qəzasız günü yoxdur... - VİDEO

Avtomobil motosikletlə toqquşub, nəticəsi ağır olub.

Bölgələrin qəzasız günü yoxdur... - VİDEO
Avtomobil motosikletlə toqquşub, nəticəsi ağır olub.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə magistral yolun Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisində qeydə alınıb.  Bərdə  sakini Xəqani Əkbərovun idarə etdiyi   avtomobillə Suçma kənd sakini, 36 yaşlı  Vasif Manafovun idarə etdiyi motosiklet toqquşub. Yol-nəqliyyatı hadisəsində motosiklet sürücüsü Vasif Manafov  aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Sabirabadda isə  gecə  avtomobil piyadanı vuraraq öldürüb.

Hərəkətdə olan minik avtomobili yolu keçən Sabirabad rayonunun qalağayın kənd sakini, 58 yaşlı Cəbrayıl  Nağıyevi vurub. Yol-nəqliyyat hadisəsi zamanı piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.