Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib
Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, metronun "Azadlıq" stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Səmədov Murad Qurban oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Fakt araşdırılır.