Bakıda avtomobil piyada keçidinə düşdü - YENİLƏNİB - VİDEO
16:43 Biləcəri-Lökbatan yolunda baş verən avtoqəzanın bəzi detalları məlum olub.
meqale.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 7:15-də baş verib:
"Elşad Elqam oğlu Abbasov 90-MG-124 dövlət nömrə nişanlı avtomobili ilə Bakı Kənar Dairəvi yolda hərəkətdə olarkən idarəetməni itirərək onu maneəyə çırpıb. Nəticədə avtomobil aşaraq piyada keçidinə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır".
--------- 10:12 Bakıda avtomobil piyada keçidinə düşüb.