Bakıda avtomobillə vurularaq öldürülən alim dəfn olundu - FOTO
Bakıda avtomobilin vuraraq öldürdüyü İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlu dəfn olunub.
meqale.com report-a istinadən xəbər verir ki, mərhumla qardaşı Akif Acaloğlunun Sabunçu rayonunda yerləşən evində vida mərasimi keçirilib, sonra Maştağa qəsəbəsində, "Kəpənəkçi" məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Arif Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya Şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
O, 1983-86-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-90-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-19-cu illərdə isə Yeditepe Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb.