Bakıda "Bentley" qəza törətdi - Yaralı var - VİDEO

Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bakıda
Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Yeni Günəşlidən Köhnə Günəşli istiqamətinə gedən yolda, saat 12-də qeydə alınıb.

"Mercedes" markalı, 99-GU- 414 dövlət nömrə nişanlı avtomobillə, "Bentley" markalı 90-PB-074 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində "Mercedes-Benz"in sürücüsü Fazil Məhəmməd oğlu Məmmədov xəsarət alıb.