Bakıda binada yanğın

Bakıda inzibati binada yanğın olub.

Bakıda binada yanğın
Bakıda inzibati binada yanğın olub.

meqale.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.