Bakıda çimərlikdə gənc oğlan bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə Şağan çimərliyində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Rəhimov Mircavad Cəbrayıl oğlu dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır.