Bakıda daha 1 nəfər spirtdən zəhərlənib öldü - YENİLƏNİB
16:24
Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.
meqale.com lente istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu hadisə ilə Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.
11:15 2025.02.28
Bakıda daha bir nəfər texniki spirtdən zəhərələnərək ölüb.
meqale.com xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə,hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
47 yaşlı Qaramin Dmitri Viktoroviçin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatdı.
--------
27 fevral
Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov spirtdən zəhərlənərək ölüb.
Onun etil spirtindən zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, son günlər Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-ni keçib.
--------
11:35
Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.
meqale.com lente istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb.
Onun texniki spirtdən zəhərləndiyi bildirilir.
Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərinb sayı 19-a çatıb.