Bakıda daha bir sürücü sərnişin tərəfindən döyüldü - Yenilənib - VİDEO
Bakıda daha bir sürücü sərnişin tərəfindən döyülüb.
meqale.com xəbər verir ki, hadisə paytaxtın Babək rayonunda qeydə alınıb. Bu dəfə 49 nömrəli avtobusun sürücüsü sərnişin tərəfindən 8 ağır zərbə alıb.
Sürücünün sözlərinə görə, hadisənin baş verməsinə səbəb sərnişinin arxa qapıdan minib, kartı vurmaması olub:
"Mən arxa qapıdan minməyinə iradımı bildirdim. Həmin an məni təhqir elədi. Mən də acılayanda düşdü gəldi məni vurdu".
Faktla bağlı DİN-dən bildirildi ki, faktla bağlı araşdırılma aparılır. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırılma aparılır.
Aysel Əkbər meqale.com
---------------
2025.09.15
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş verən insidentlə bağlı Nizami RP-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb.
Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
------------ Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
"Azland Plaza" şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.
Bunu əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.
Faktla bağlı polisə məlumat verilib.