Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Bakıda daha bir ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO
Bakıda daha bir ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, dəyişiklik Nəsimi rayonuda  Şəmsi Bədəlbəyli və  Səməd Vurğun küçələrinində edilib. İşlər Yerüstü Nəqliyyat Agentliyi tərəfindən icra edilib.

Bu dəyişikliklə günün pik saatlarında Rəşid Behbudov küçəsinin yükü də azalacaq. Məqsəd ''28-may'' metrostansiyası ətrafı küçə və prospektlərdə günün pik saatlarında sıxlığın qarşısını almaq və hərəkətin intesivliyini artırmaqdır.

Sürücülər də bu dəyişikliyə ehtiyac olduğunu deyirlər. Onlar yolun qısaldılması ilə Səməd Vurğun küçəsinə rahat getdiklərini bildirdilər.

Eyni zamanda dəyişikliklə Füzuli küçəsindən gələn sürücülər də sol tərəfə Səməd Vurğun küçəsi istiqamətində də dönməyə icazə verilir.