Bakıda dava edən qonşuları ayıran qadına görün nə etdilər

Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

Bakıda dava edən qonşuları ayıran qadına görün nə etdilər
Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.

Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.

Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.