Bakıda dənizə yaxın ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bakıda dənizə yaxın ərazidəki yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

---------

15:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.