Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.

Müvafiq tədbirlər davam etdirilir.

--------- 19:55 Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verib.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.