Bakıda ərəb turisti avtomobil vurub

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı olan piyadanı avtomobil vuraraq xəsarət yetirib.

Bakıda ərəb turisti avtomobil vurub
Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı olan piyadanı avtomobil vuraraq xəsarət yetirib.

meqale.com report.az-a istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində avtomobil yolu keçən Səudiyyə Ərəbistanından olan 1997-ci il təvəllüdlü Kihani Marvaş Muhammad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.