Bakıda gənc oğlan güllə yarası aldı

Bakının Yasamal rayonunda odlu silahla ehtiyyatsız davranış bir nəfərin xəsarət almasına səbəb olub.

Bakıda gənc oğlan güllə yarası aldı
Bakının Yasamal rayonunda odlu silahla ehtiyyatsız davranış bir nəfərin xəsarət almasına səbəb olub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə İsmayıl Talıblı küçəsində baş verib. 2006-ci il təvəllüdlü, Cəfərov Mətin Şaiq oğlu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib. Açılan atəş nəticəsində o, ayağından ağır xəsarət alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.