Bakıda hotelin qarşısında kişini bıçaqladılar
Bakıda hotelin qarşısında bıçaqlanma olub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu Koroğlu küçəsi ev 9 ünvanında yerləşən "All Seasons" hotelinin qarşısında baş verib.
Naməlum şəxs xuliqanlıq zəmnində 1993-cü il təvəllüdlü Qurbanlı Mahmud Yusub oğlunu bıçaqla vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ-nin İŞ-də araşdırma aparılır.