Bakıda iki avtomobil toqquşdu - xəsarət alan var - FOTO
Bakının Yasamal rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.
meqale.com xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Belə ki, "BMW" markalı maşının sürücüsü yol ayrıcından keçərkən eyni markalı avtomobillə toqquşub.
Qəza nəticəsində sonuncu avtomobildə olan sərnişin xəsarət alıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.