Siyəzəndə avtomobildə yanğın - 2 yaşlı uşaq öldü

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

Siyəzəndə avtomobildə yanğın - 2 yaşlı uşaq öldü
Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

meqale.com xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib.

Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.