Bakıda istismar müddəti bitmiş minlərlə bina var - Söküntülər mənzilləri bahalaşdıracaq?

Bakıda köhnə binaların sökülməsi əmlak bazarında alıcı qüvvəsini artırır, həmçinin, vətəndaşların mənzillərinin dəyərini də artırır.

meqale.com xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, 2016-cı ildən başlayaraq Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsü başlayıb.

"Bugünədək köhnə çoxmənzilli yaşayış binaları sökülüb yeni binalarla əvəzlənib. Bir çox qəzalı vəziyyətdə olan fərdi yaşayış massivləri sökülüb. Bu proses hələ də davam edir. Hazırda Bakıda minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli bina və 100-dən artıq qəzalı kimi qeydə alınan köhnə yaşayış binası var. Ümumən Bakıdakı çoxmənzilli yaşayış binalarında aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılarsa, təbii ki, qəzalı vəziyyətdə olan binların sayı daha çox olar. Həmin binaların sökülməsi əmlak bazarında alıcı qüvvəni, həmçinin, vətəndaşların mənzillərinin dəyərini daha da artırır", - deyə o bildirib.

Ekspert əlavə edib ki, vətəndaşın köhnə mənzili sökülüb yenisi ilə əvəz olunanda onun dəyəri əvvəlki mənzildən ikiqat çox olur.