Bakıda itkin düşən 14 yaşlı qız tapıldı

Bakıda itkin düşən qız tapılıb.

Bakıda itkin düşən 14 yaşlı qız tapıldı
Bakıda itkin düşən qız tapılıb.

DİN mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarışlar nəticəsində 14 yaşlı yeniyetmə tapılaraq, ailəsinə təhvil verilib.

***

Bakıda yeniyetmə qız itkin düşüb.

meqale.com xəbər verir ki, Xətai rayonu Əhmədli küçəsində yaşayan 14 yaşlı A. Hüseynli evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun atası Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciətində bildirib.

Faktla bağlı həmin şöbədə araşdırma aparılır.