Bakıda kafedə partlayış olub, yaralılar var - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verib.
meqale.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində aparılan yoxlamada ümumi sahəsi 40 kvadratmetr olan kafe tipli obyektdə partlayışın ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində baş verdiyi müəyyən edilib.
Partlayış kafeyə ziyan vurub və kafenin 3 işçisi xəsarət alıb. FHN əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.