Bakıda kafedə qətl törədilib - VİDEO
Bakıda gecə kafedə qətl törədilib.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində baş verib.
Polisə məlumat daxil olub ki, ''Qala'' kafesində bıçaq xəsarəti alan 39 yaşlı Zaur Nəmətov xəstəxanaya aparılarkən ölüb. Dərhal cinayət işinin istintaqının aparılması üçün rayon prokurorluğuna məlumat verilib.
Obyektin sahibi İsa Qurbanov deyir ki, hər iki şəxs əvvələr onun kafesinə gəlməyib.
Faktla bağlı Akif Məcidov barəsində Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.