Bakıda keçirilən Dünya Kubokunda Çin idmançıları qızıl medal qazanıblar
Bakıda keçirilən Dünya Kubokunda Çin təmsilçiləri Veydzyan Fu və Tze Çjou batut üzərində sinxron tullanma proqramında birinci yeri tutublar.
meqale.com Trend-ə istinadən bildirir ki, idmançılar 51,090 xal toplayıblar.
İkinci yerdə Qazaxıstandan olan gimnastlar Pirməmməd Əliyev və Danil Musabayev qərarlaşıb, hakimlər onların çıxışını 50,520 xalla qiymətləndiriblər.
50,470 xalla üçüncü yeri ABŞ-dan Rayan Makkaqnan və İsaak Rouli tutub.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.