Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTOlar
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən qəza baş verib.
meqale.com lente istinadən xəbər verir ki, hadisə "Xocaəsən" dairəsində qeydə alınıb.
Belə ki, "Chevrolet Malibu" markalı minik avtomobil yük maşını ilə toqquşub.
Hadisədə hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Bir nəfər xəsarət alıb.
Hadisənin təfərrüatı araşdırılır.