Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var

Bakıda minik avtomobili xətt avtobusu ilə toqquşub.

Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var
Bakıda minik avtomobili xətt avtobusu ilə toqquşub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Sünbül" Şadlıq sarayının qarşısında üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi "187" nömrəli xətt avtobus toqquşub.

Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.