Bakıda maşın maneəyə çırpılıb yandı

Bakıda yanğınla nəticələnən qəza olub.

Bakıda maşın maneəyə çırpılıb yandı
Bakıda yanğınla nəticələnən qəza olub.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda "Toyota" markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.